Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 17:50

ABŞ astronavtlarını Aya göndərəcəyini deyir


Arxiv fotosu

ABŞ-ın Vitse-prezidenti Mike Pence deyir ki, ölkəsi 2024-cü ilədək astronavtlarını Aya göndərəcək.

Martın 26-da Alabama ştatında çıxış edən Pence astronavtlar arasında qadınların da olacağını deyib.

“Növbəti beş il ərzində amerikalı astronavtların Aya qayıtması indiki administrasiyanın və Birləşmiş Ştatların elan etdiyi siyasətdir”, – o deyib.

“Aydın deyim, Aya gedəcək ilk qadın və kişi hər ikisi amerikalı olacaq, onları Amerika torpağından Amerika raketləri aparacaq”, – Pence vurğulayıb.

Bu ilin iyulunda Aya ilk insanın ayağının dəyməsinin 50 illiyi qeyd olunacaq.

1972-ci ildə NASA-nın Apollo astronavtları Aya ayaq basıb, ondan sonra heç bir ölkə Aya insan göndərməyə cəhd göstərməyib.

On illər boyunca ABŞ administrasiyaları Ay və Marsı insan iştirakıylı kosmik tədqiqatların prioriteti elan edib.

Prezident Barack Obama astronavtların Marsa göndərməsini dəstəkləyirdi, Prezident Donald Trump isə Ayı seçir.

Pence bu missiyanın qiyməti barədə bir söz deməyib. NASA isə SpaceX və Boeing kimi özəl şirkətlərlə tərəfdaşlıq edərək insanın kosmosa göndərilməsi qailiyyətini artırmağa çalışır.

XS
SM
MD
LG