Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:11

Poroshenko telekanalı ‘sistematik yalan’a görə məhkəməyə verir


Petro Poroshenko
Petro Poroshenko

Ukrayna Prezidenti Petro Poroshenko ukraynalı oliqarx Ihor Kolomoysky-yə məxsus “1+1” telekanalını məhkəməyə verib. Məlumatı Poroshenko-nun seçki kampaniyası yayıb.

“Petro Poroshenko 1+1 kanalını prezidentin və prezidentliyə namizədin şərəf və ləyaqətinə zərbə vuran, xüsusilə böyük ölçüdə sistematik yalana, irimiqyaslı dezinformasiya yaymağa görə məhkəməyə verib”, – bəyanatda deyilir.

Müraciətdə bildirilir ki, telekanalın efirində tez-tez siyasi sifarişlər peyda olur, əməkdaşları isə “prezident və prezidentliyə namizəd Poroshenko-ya qarşı qara piar-kampaniya” aparırlar.

“POROSHENKO-NUN 50 ÇALARI”

Prezidentin fikrincə, Ihor Kolomoysky bu yolla 2017-ci ildə “PrivatBank”ın milliləşdirilməsinin qisasını almağa çalışır. Biznesmen artıq iki ildir bu məsələni beynəlxalq məhkəmələrdə mübahisələndirir.

Ihor Kolomoysky
Ihor Kolomoysky

Hələlik, telekanal rəhbərliyi məhkəmə iddiasını şərh etməyib.

Martın 23-də “1+1” telekanalı “Poroshenko-nun 50 çaları” adlı proqram hazırlayıb. Jurnalistlər hakimiyyətdə olan prezidenti korrupsiyada suçlayıblar, onun öz doğma qardaşı Mikhailin Moldovada yol-nəqliyyat qəzasında ölümündə əli ola biləcəyini bildiriblər. Bu qəza haqda daha öncə Rusiyanın hakimiyyətyönlü telekanalları məlumat veriblər.

BBC-nin Ukrayna xidmətinə müsahibəsində isə “1+1”in sahibi Ihor Kolomoysky deyib ki, Poroshenko-nun seçkidə uduzması ondan ötrü vacibdir. “Məncə, ilk müddət onun idarəçiliyndən məyusluqla dolu beş ilə çevrildi”, – oliqarx jurnalistlərə deyib.

Ukraynada prezident seçkisi bu il martın 31-də keçiriləcək.

Rating Group-un keçirdiyi son sorğunun nəticələrinə görə, komediyaçı Volodymır Zelensky martın 31-i səs vermək niyyətində olan ukraynalılar arasında 24,7 faizlə irəlidədir. Onun ardınca 18,3 faizlə keçmiş baş nazir Yulia Tymoshenko, daha sonra isə 16,8 faizlə hazırkı prezident Petro Poroshenko gəlir. Digər 36 namizədin heç biri 10,3 faizi keçə bilməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG