Keçid linkləri

Təcili xəbərlər
2019, 21 Aprel, bazar, Bakı vaxtı 02:09

AzadlıqRadiosu-nun müxbiri həbsdən çıxan kimi ölkəni tərk edib


Saparmamed Nepeskuliev

AzadlıqRadiosu-nun Türkmənistan müxbiri üç il həbsdə qalandan sonra ölkəni tərk edib. O, narkotik ittihamı ilə saxlanmışdı, insan haqları qrupları isə ittihamı siyasi motivli adlandırırdı.

Saparmamed Nepeskuliev-in martın 23-də Türkmənbaşıdan İstanbula uçduğu xəbər verilir. O, iki gün öncə Türkmənistan hökumətindən çıxış vizası ala bilib.

Nepeskuliev həbsdən 2018-ci il mayın 19-da buraxılmışdı. O, Türkmənistanda qadağan olunmuş tramadol adlı narkotik maddə saxlamaqda təqsirli bilinib.

İnsan haqları qrupları isə bildirirdi ki, hakimiyyət jurnalistin yazı üzərində işlədiyi müddətdə qaldığı otel otağına həmin maddəni atıb. Onlar ittihamları jurnalistin işinə görə qisasçılıq adlandırırdılar.

Nepeskuliev 2017-ci ilin iyulunda yoxa çıxmışdı. Bir neçə həftə ondan xəbər çıxmadı və birdən narkotik ittihamıyla məhkəmə önünə çıxarıldı.

AzadlıqRadiosu üçün video-reportajlarda Nepeskuliev ölkənin qərbində infrastrukturun bərbad durumunu və iqtisadi bərabərsizliyi işıqlandırırdı.

Radionun Türkmənistandakı digər müxbirləri də fiziki hücumlara, təhdidlərə, tənqidçilərin əsassız adlandırdığı ittihamlara məruz qalıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG