Keçid linkləri

Təcili xəbərlər
2019, 18 İyul, Cümə axşamı, Bakı vaxtı 02:26

Ukraynalı Rusiyada 6 illik həbsə məhkum edilib


Pavlo Hryb məhkəmədə, 2017-ci il

Rusiyada məhkəmə 23 yaşlı ukraynalı Pavlo Hryb-i “terrorçuluğa təhrik” ittihamıyla altı illik həbsə məhkum edib. Özü ittihamı rədd edir.

Rostov-na-Donu şəhərindəki məhkəmə hökmü martın 21-də çıxarıb. O, günahsız olduğunu, qərara etiraz olaraq aclıq aksiyasına başladığını deyib.

Hryb 2017-ci ilin avqustunda, internetdə tanış olduğu qadınlar görüşmək üçün Belarusa gedəndən sonra itkin düşüb.

Qohumları düşünürlər ki, o, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) toruna düşüb. FSB Hryb-in terrorçuluğa təhrikdə şübhəli bilinərək Rusiyada saxlanması barədə Ukraynaya məlumat vermişdi.

Rusiya müstəntiqlər bildirirlər ki, Hryb İnternetdən istifadə edərək Rusiyanın cənubundakı Soçi şəhərində bir yeniyetmə qıza partlayıcı qurğu vasitəsilə terror aktı törətmək üçün təlimat verib.

Hryb-in atası Ihor deyir ki, bu cinayət işi oğlunun internet postlarına Rusiyanın cavabıdır, çünki o, Rusiyanın Ukraynaya müdaxiləsinə açıq şəkildə qarşı çıxırdı.

Rusiya 2014-cü ilin martında Ukraynanın Krım yarımadasını ilhaq edib, ölkənin şərqində separatçıları dəstəkləməyə başlayıb. Münaqişədə indiyədək 13 min nəfər həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG