Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Aprel, Bazar ertəsi, Bakı vaxtı 22:14

Trump Braziliyanın mümkün NATO üzvlüyündən danışır


Jair Bolsonaro (solda) və Donald Trump

ABŞ Prezidenti Donald Trump bu ölkədə səfərdə olan braziliyalı həmkarı Jair Bolsonaro-ya deyib ki, Braziliyaya “böyük qeyri-NATO müttəfiqi” statusunu verməyi razılaşdırıb. O, bu Cənubi Amerika ölkəsinə tam NATO üzvlüyü verməyə də açıq olduğunu deyib, baxmayaraq ki, Braziliya texniki baxımdan üzvlüyə uyğun deyil.

Trump martın 20-də Ağ evdə jurnalistlərə deyib ki, “Braziliyaya böyük qeyri-NATO müttəfiqi statusu, hətta mümkünsə NATO üzvlüyü vermək niyyətindəyəm”.

1949-cu ildə imzalanmış Şimali Atlantika Sazişinə görə, Braziliya NATO üzvlüyünə uyğun gəlmir. Bunu 2009-2013-cü illərdə NATO komandiri olmuş, istefada olan donanma admiralı James Stavridis “Frans Pres”ə deyib.

“Böyük qeyri-NATO müttəfiqi” status isə ölkəyə ABŞ hərbi avadanlığı və texnologiyası almağa imtiyazlı çıxış verir.

MNNA statusunu hazırda 17 ölkə daşıyır, Latın Amerikasından Argentina onu 1998-ci ildə əldə edib. Kolumbiya isə NATO-nun “tərəfdaş ölkəsi”dir.

İfrat sağçı Bolsonaro Trump-ın pərəstişkarıdır, on illər ərzində Braziliyanın ilk amerikapərəst lideri olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG