Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 01:54

Mozambikdə qasırğadan mindən çox adamın öldüyü bildirilir


Arxiv fotosu

Mozambikdə güclü qasırğadan mindən çox adamın həlak olduğu bildirilir.

“Bu, böyük miqyasda əsl fəlakətdir”, – Prezident Filipe Nyusi martın 18-də deyib.

Martın 14-də başlanan İdai qasırğasından ən böyük ziyan Beyra liman şəhərinə dəyib, külək və daşqınlar evləri, yolları dağıdıb. Bu şəhərdə 530 min nəfər yaşayır.

Dövlət radiosunda çıxış edən prezident deyib ki, rəsmi ölü sayı 84-dür, “amma görünür, mindən artıq adamın ölümünü qeydiyyata ala bilərik”.

Siklon Afrikanın digər ölkələrinə də təsirini göstərib.

Qonşu Zimbabvedə azı 98 nəfər ölüb, azı 217 nəfər itkin düşüb.

Sərhədsiz Həkimlər (MSF) təşkilatının bildirməsinə görə, Malavidə evlər bütünlüklə daşan çayların altında qalıb, 11 minədək evin sakinləri didərgin düşüb.

XS
SM
MD
LG