Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:23

Yeni Zelandiya silah qanunlarını sərtləşdirir


Hücumdan sonra polis Al Noor məscidi ətrafını mühafizə edir
Hücumdan sonra polis Al Noor məscidi ətrafını mühafizə edir

Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern bu gün – martın 18-də deyib ki, bir neçə günə yeni silah qanunlarını açıqlayacaq. Ötən cümə günü Kraystçörç şəhərində iki məsciddə 50 nəfər öldürülüb.

Ağdərili irqçi olduğu güman edilən 28 yaşlı avstraliyalı Brenton Tarrant qətl törətmək ittihamıyla saxlanıb. Polis ona əlavə ittihamların irəli sürüləcəyini bildirir,

“Bu dəhşətli terrorçuluq aktından sonrakı 10 gün ərzində cəmiyyətimizi daha təhlükəsiz edəcək islahatlar açıqlayacağıq”, – Ardern mətbuat konfransında deyib. Elə bu gün hökumət silah qanunlarına islahatlar üzrə razılığa gəlib.

İNTERNETLƏ DÖRD SİLAH ƏLDƏ EDİB

Şübhəli silahlının 2017-ci ilin dekabrından 2018-ci ilin martınadək internet vasitəsilə dörd silah və sursat əldə etdiyi bildirilir. Amma qırğını törətdiyi MSSA avtomatını şəhərin “Gun City” mağazasından almayıb, dükan sahibi rəhbəri David Tipple deyib.

Jacinda Ardern
Jacinda Ardern

Yeni Zelandiyanın silah qanunlarına görə, A kateqoriyasından silahlar yarımavtomat ola bilərlər, amma maksimum yeddi güllə atmaq qalibiyyətinə malik ola bilərlər. Silahlının məsciddən yayımladığı videoda isə onun yarımavtomat silahının böyük sandığı görünür.

Ardern yeni silah qanunlarının detallarını açıqlamasa da, avtomat silahlara qadağanı dəstəklədiyini bildirib.

Dünyada ən sərt silah qanunları Avstraliyadadır. 1996-cı ildə Port Arthur qırğınında bir silahlı yarımavtomat AR-15 silahıyla 35 nəfəri qətlə yetirmişdi. Elə Kraystçörç qətli də həmin avtomatla törədilib.

Avstraliya o vaxtdan yarımavtomat silahları qadağan edib, böyük silah amnistiyası elan edib. On minlərlə silah təhvil verilib və odlu silahları əldə etməyi çətinləşdirib.

Ardern də silahlarını təhvil verməyi düşünənləri buna həvəsləndirib.

“Dünyada baş verənlərdən aldığımız dərs odur ki, cəmiyyətimizi daha təhlükəsiz etməliyik, indi hərəkətə keçmək zamanıdır”, – baş nazir deyib.

ÖLKƏDƏ 1,5 MİLYON ODLU SİLAH VAR

Fermer, Yaşıllar Partiyasının üzvü John Hart bazar ertəsi Twitter-də yazıb ki, yarımavtomat silahını artıq təhvil verib.

Brenton Tarrant məhkəmədə
Brenton Tarrant məhkəmədə

Yeni Zelandiyanın onlayn satış mərkəzi olan Trade Me Group yarımavtomat silahların satışının dayandırıldığını bildirib.

5 milyon əhalisi olan Yeni Zelandiyada 1,5 milyon odlu silah var.

Radio Yeni Zelandiya polisə əsasən bildirir ki, 2017-ci ildə odlu silah lisenziyası üçün müraciət edənlərin 99 faizindən çoxuna müsbət cavab verilib.

Bu ölkədə A kateqoriyalı odlu silah lisenziyası polis yoxlamasından sonra verilir.

Amma yalnız odlu silah üçün lisenziya tələb olunur deyır, bir nəfərin əlində neçə silah olmasının monitorinqi aparılmır.

Ümumilikdə isə, Yeni Zelandiyada zorakı cinayətlər nadir hallarda törədilir, polis adətən, silah gəzdirmir.

1990-cı ildə bir silahlı dənizkənarı Aramoana kəndində 13 nəfəri qətlə yetirmiş, özü də polis tərəfindən öldürülmüşdü.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG