Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Mart, şənbə, Bakı vaxtı 22:23

Səudiyyəli fəal qadınlar məhkəməyə çıxarılır


Fəal Aziza al-Yousef, arxiv fotosu

On ilə yaxındır heç bir ittihamsız saxlanmış on səudiyyəli qadın məhkəmə qarşısına çıxarılıb.

Martın 13-də ər-Riyadda cinayət məhkəməsinə gətirilənlər sırasında tanınmış fəallar Loujain al-Hathloul, Hatoon al-Fassi, Aziza al-Yousef Eman al-Nafjan olub.

Amma qadınlara ittihamlar ictimaiyyətə açıqlanmayıb.

Saxlananlardan bəzilərinin dindirilmə zamanı işgəncəyə, cinsi qısnamaya məruz qaldığı iddia olunur. Onlar ötən ilin mayında, fəallara təzyiqlər zamanı saxlanıblar.

“İndi belə görünür ki, hakimiyyət bu fəalları bir ilə yaxın vəkillə təmin etmədən saxlayandan sonra onlara ittiham irəli sürəcək, onlar həbsdə işgəncə, pis rəftar, cinsi qısnamayla üzləşiblər”, – Amnesty International insan haqları təşkilatının Yaxın Şərq Kampaniyaları üzrə direktoru Samah Hadid deyib.

Human Rights Watch-un tədqiqatçısı Adam Coogle isə “AFP”yə bildirib ki, məhkəmə və qadınların pis rəftara məruz qalması iddiaları “Səudiyyə Ərəbistanında repressiyanın güclənməsinin daha bir əlamətidir”.

Səudiyyə prokurorunun müavini isə saxlananlara işgəncə verilməsi iddialarını rədd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG