Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Mart, şənbə, Bakı vaxtı 22:41

İranla sərhəddə yenidən atışma. Ölən var


Sərhəd

Martın 11-dən 12-nə keçən gecə İran-Azərbaycan sərhədində yenidən silahlı insident baş verib.

Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Məlumatda bildirilib ki, saat 00:07 radələrində Yardımlı rayonunun Ostair kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı İran İslam Respublikası ərazisindən Azərbaycan istiqamətində hərəkət edən 6 nəfər silahlı naməlum şəxsləri müşahidə ediblər: «Sərhəd zastavası «Silaha» komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən «Dayan» əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayaraq sərhəd naryadına qarşı odlu silahdan atəş açıblar».

DSX bildirir ki, «Dövlət sərhədi haqqında» Qanunun tələblərinə uyğun olaraq, sərhəd naryadı silah tətbiq edib və sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində vəfat edib. «Digər sərhəd pozucuları əllərindəki yükləri ataraq ərazinin mürəkkəb relyefindən və havanın qaranlıq olmasından istifadə edərək geri qaçıblar. Sərhəd nümayəndəliyi xətti ilə İran İslam Respublikasının (İİR) sərhədçilərinə hadisə barədə dərhal məlumat verilib…

Zərərsizləşdirilmiş sərhəd pozucusunun yaxınlığında əraziyə baxış zamanı 4 ədəd bağlamada külli miqdarda heroin, tiryək növündə narkotik vasitələr, külli miqdarda güclü təsirli psixotrop maddələr, 1 ədəd ov tüfəngi, 6 ədəd 12 mm çaplı ov tüfənginin patronları və gilizlər aşkar olunmuşdur».

Xatırlatma

İki gün öncə də İran-Azərbaycan sərhədində atəş səsləri eşidilmişdi.

DSX bildirirdi ki, martın 10-da saat 06:50 radələrində Azərbaycan-İran sərhədində atışma olub. Onda da İrandan silahlı şəxslərin Azərbaycan sərhədini pozmağa çalışdığı bildirilirdi. DSX vurğulayırdı ki, sərhəd pozucularının qarşısı alınsa da, atışmada bir Azərbaycan hərbçisi ölüb, biri də yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG