Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 18:46

Gulnara Karimovaya ABŞ-da ittiham irəli sürülüb


Islam Karimov qızı Gulnara Karimova ilə

Birləşmiş Ştatlar ilk dəfə olaraq Özbəkistanın mərhum prezidentinin qızı Gulnara Karimova-ya ittihamlar irəli sürüb. O, beynəlxalq rüşvətxorluq sxemində iştirakda, ABŞ-ın xarici korrupsiya qanunlarını pozmaq qəsdində ittiham olunur

Bundan bir neçə gün öncə Karimova Daşkənddə qəfil saxlanıb, ev dustaqlığını pozmaqda suçlanaraq həbsxanaya göndərilib.

Bundan öncə də ABŞ-da məhkəmə sənədlərində Karimova-nın adı ehtimal kimi səslənirdi, amma indi ilk dəfə olaraq ona aydın şəkildə ittiham irəli sürülüb.

Ədliyyə Departamentinin bildirməsinə görə, bu, ABŞ Xarici Korrupsiya Praktikaları Aktı çərçivəsində ən böyük rüşvətxorluq sxemidir.

Bu həm də Özbəkistan hökumətinin mərhum prezident Islam Karimov erasının fiqurlarını, onun qohumlarını belə hədəfə almağa başladığını göstərir.

Bu ittihamlar Rusiyanın ən böyük mobil şəbəkə provayderi olan MTS-in iştirak etdiyi rüşvətxorluq sxemindən qaynaqlanır. Şirkət martın 7-də elan edib ki, rüşvət və korrupsiya işinə xitam verilməsi üçün 850 milyon dollar təzminat ödəyəcək.

ABŞ məhkəmə sənədlərinə görə, Karimova və onun Bekhzod Akhmedov adlı köməkçisi Özbəkistanda mobil telefon lisensiyası üçün 11 il ərzində – 2001-ci ildən 2012-ci ilədək 865 milyon dollarlıq rüşvət qoparıblar.

Bu şirkətlər MTS, VimpelCom və TeliaSonera Skandinaviya şirkəti olub. Onların Birləşmiş Ştatlar və digər xarici tənzimləyici qurumlara rüşvətxorluq sxemlərinə görə böyük məbləğlər ödədiyi bildirilir.

Karimova-nın hazırda harada olduğu bilinmir. Akhmedov isə 2012-ci ildə Moskvaya qaçıb.

XS
SM
MD
LG