Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 06:19

Qazaxıstanda yaşayış binası partlayıb, 3 nəfər ölüb


Arxiv fotosu

Qazaxıstanın cənubunda Taraz şəhərində yaşayış binasında partlayış olub, azı 3 nəfərin həlak olduğu xəbər verilir.

Rəsmilər partlayışa şübhəli qazsızmanın səbəb olduğunu bildirirlər.

Hadisə fevralın 27-də səhər beşmərtəbəli binanın ikinci mərtəbəsində baş verib.

Partlayış nəticəsində birinci mərtəbədən tutmuş üçüncüyədək üç mənzil dağılıb.

Azı 6 nəfər xəsarət alıb, üçü xəstəxanadadır. Binadan 145 nəfər köçürülüb.

Polisin ilkin dəyərləndirməsinə görə, partlayışa “təbii qaz avadanlığından düzgün istifadə etməmək səbəb olub”.

XS
SM
MD
LG