Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Yanvar, şənbə, Bakı vaxtı 18:24

Huawei 2 min 600 dollarlıq smartfon təqdim edir


Pekində Huawei mağazası

Dünən – fevralın 24-də Çinin Huawei Technologies şirkəti 2 min 600 dollarlıq qatlanan smartfonunu təqdim edib. Şirkət bu smartfonun 5G mobil əlaqəsi üçün nəzərdə tutulduğunu bildirib.

Bu arada Birləşmiş Ştatlar sözügedən şirkəti təhlükəsizlik səbəblərindən belə şəbəkələrdən uzaqlaşdırmağa çalışır.

“GƏLƏCƏK 5G ÜÇÜN”

Samsung və Apple şirkətlərindən sonra dünyada üçüncü böyük smartfon satıcısı olan Huawei 5G üçün telefonlar hazırlanması üzrə öndə getdiyini bildirib. Bu telefonlar istehlakçılar və şirkətlər üçün super sürətli internet vəd edir.

“Bu telefon yalnız bugünkü 5G üçün deyil, gələcək 5G üçün də nəzərdə tutulub. Bütün göstəricilər üzrə baxa bilərsiniz, bu sürət dünyada 5G üçün ən sürətlidir”, – şirkətin istehlakçı biznes qrupunun rəhbəri Richard Yu deyib.

İllüstrativ foto
İllüstrativ foto

Bazar ertəsi Barselonada mobil sənayenin ən böyük tədbiri başlanır. Yu deyib ki, Huawei Mate X smartfonu arxa-arxaya iki ekrandan ibarət olacaq və onlar açılanda telefon səkkiz düyümlük tablet kimi görünəcək.

Mate X bir giqabaytlıq kinonu üç saniyəyə yükləyəcək, amma... qiyməti də ən az- nə çox 2 min 299 avro (2 min 607 dollar) olacaq. Telefon bu ilin sonuna satışa çıxarılacaq. Bu, istehlakçı smartfonları üçün hələlik, ən yuxarı qiymət sayılır.

Samsung Electronics Co Ltd ötən həftə 2 min dollarlıq qatlanan smartfonunu təqdim edib. Samsung Apple Inc və çinli rəqiblərini üstələməyə, istehlakçı marağını özünə cəlb etməyə, düşməkdə olan satışını yüksəltməyə çalışır.

Dünyada telekommunikasiya avadanlığının ən böyük istehsalçısı olan Huawei hazırda Qərbin ciddi nəzarəti altındadır. Birləşmiş Ştatlar onu casusluqda ittiham edir, şirkət ittihamları rədd edir.

Huawei sədri bazar günü ABŞ Prezidenti Donald Trump-ın dediklərini “aydın və korrekt” adlandırıb. Trump deyib ki, Birləşmiş Ştatlar mobil kommunikasiyalar sahəsində irəliyə texnologiyanı bloklamaqla deyil, rəqabətlə getməlidir.

XS
SM
MD
LG