Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 00:37

Pakistanda daşqınlarda 12 nəfər ölüb


Pakistan, arxiv fotosu

Pakistanın cənub-qərb və mərkəzi regionlarında daşqın və leysan yağışlarda 12 nəfər həlak olub. Bu açıqlamanı rəsmilər fevralın 21-də verib.

Lasbella şəhəri yaxınlığındakı kəndləri su basıb, 3 nəfər həlak olub, 200-dək ailəyə ziyan dəyib.

Pakistanın mərkəzində isə leysan yağışlar nəticəsində evlər uçub, doqquz nəfər ölüb.

Hazırda xilasedicilər iş başındadır.

Mövsümi yağışlar Pakistanda tez-tez torpaq sürüşmələri və daşqınlara səbəb olur.

XS
SM
MD
LG