Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:16

Azərbaycan bu 50 ölkənin siyahısına düşüb


Xorvatiyada Azərbaycanla bağlı etiraz aksiyası, iyun, 2015-ci il
Xorvatiyada Azərbaycanla bağlı etiraz aksiyası, iyun, 2015-ci il

Dünyada bir çox hökumətlər qeyri-hökumət təşkilatlarına (QHT) hücumları artırlar. QHT-ləri və əməkdaşlarını nəzarətə məruz qoyan, qorxunc bürokratik əngəllər və daim həbs olunmaq vahiməsi yaradan qanunlar yaradılır. Bu haqda “Amnesty International” hüquq müdafiə təşkilatı yeni açıqladığı “Susdurmaq üçün hazırlanmış qanunlar: vətəndaş cəmiyyəti təşkilatlarına qlobal təzyiq” adlı hesabatında söz açır.

Hesabatda QHT-lərin vacib işlərini görməsini önləmək üçün qorxuducu texnikadan və repressiv qaydalardan istifadə edən ölkələrin sayı açıqlanır və bu rəqəm heyrət doğurur. Belə ki, 50 ölkədə QHT-lərə qarşı qanunların ya artıq həyata keçirildiyi, ya da hazırlanma mərhələsində olduğu üzə çıxıb.

Bakıda ATƏT-in iclasında media və QHT sektorunun durumu müzakirə olunur, 2014-cü il
Bakıda ATƏT-in iclasında media və QHT sektorunun durumu müzakirə olunur, 2014-cü il

Təkcə son iki ildə dünyada birləşmək hüququnu əngəlləyən, vətəndaş cəmiyyəti təşkilatlarının işini önləmək məqsədi güdən 40 qanun ya işə salınıb, ya da hazırlanmaqdadır. Bu qanunlarda adətən qurumların qeydiyyat prosesi, onların işinin monitorinqi, resurs mənbələrinin məhdudlaşdırılması, üzərlərinə qoyulmuş məntiqsiz tələblərə əməl etmədikləri halda bağlanmaları nəzərdə tutulur.

AZƏRBAYCAN KİMİ ÖLKƏLƏRDƏ...

“Azərbaycan, Çin, Rusiya kimi bir çox ölkələrdə QHT-lərin qeydiyyatı və hesabatlılığına dair tələblər hazırlanıb. Bu tələblərin yerinə yetirilməməsinin cəzası həbsdir və tanınmış insan haqları fəalı Rəsul Cəfərov bu cəzanı yaxşı bilir: ‘İnsan Haqları Klubumla birlikdə fəaliyyətim, nümayişlərlə əlaqədar həbs olundum’, – deyən Rəsul bir il həbsdə qalandan sonra 2016-cı ildə buraxılıb. ‘Bu, qorxulu bir ab-hava yaradırdı. Həbsə düşməyənlər, barələrində təhqiqat aparılmayanlar qurumlarını bağlamalı, layihələrini dayandırmalı oldular. Çoxları Azərbaycanı tərk edərək xaricdə işləməyə başladı’, – Rəsul deyir.

Rəsul Cəfərov
Rəsul Cəfərov

Rusiyada isə hökumət xaricdən maliyyələşən QHT-lərə ‘xarici agent’ damğası vurub. Bu, ‘casus, xəyanətkar, dövlətin düşməni’ ifadələrinə sinonim sayılır. Hökumət bu qanunu o dərəcədə geniş tətbiq edir ki, hətta diabet xəstələrini dəstəkləyən quruma belə cərimə kəsilib”, – hesabatda deyilir.

Azərbaycanın hakimiyyət təmsilçiləri isə vətəndaş cəmiyyəti sektoruna təzyiqlərlə bağlı deyilənləri qəbul etmir, QHT-lərin fəaliyyətinə şərait yaradıldığını bildirirlər.

***Buna da bax: 'QHT-lər haqda qanuna dəyişiklik gözlənir'

Amnesty International QHT-lərin Belarusda, Pakistanda, Macarıstanda üzləşdiyi çətinliklərdən də söz açır.

“Bizi və digər təşkilatların başına nə iş gələcəyini, bundan sonra hansı qanunların qəbul olunacağını bilmirik”, – qurumun Macarıstan ofisindən Aron Demeter deyib.

Əməkdaşlarımızdan bir neçəsi İnternetdə trolların hücumuna məruz qalıb, bəziləri zorakılıqla təhdid olunub. Bəzi məkanlar tədbirlərimizi keçirməyə bizə yer verməkdən imtina edib, bəzi məktəblər isə təqiblərdən çəkinərək insan haqlarına dair maarifləndirmə işi aparmağımıza icazə verməyib”, – o, sözlərinə əlavə edir.

Amnesty bildirir ki, bəzi ölkələrdə azlıqların hüquqlarını müdafiə edən QHT-lər özəlliklə hədəfə alınırlar. Ən çox da qadınların, LGBTI, miqrant və qaçqınların hüquqlarını qoruyanlar və ətraf mühit qrupları hədəfdədirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG