Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:09

Pakistan BMT-dən xahiş edir ki...


Kəşmir, 18 fevral, 2019-cu il

Pakistanın Xarici işlər naziri BMT-yə məktub yazaraq Hindistanla gərginliyin azaldılmasında kömək istəyib. Qeyd edək ki, bu günlərdə mübahisəli Kəşmir regionunun Hindistan sektorunda onlarla əsgər öldürülüb.

Hindistan iki insidentə görə İslamabadı suçlayıb. Pakistan isə hücumları pisləyərək təhqiqat aparmadan hücumların onlarla əlaqələndirilməməsinə dair xəbərdarlıq edib.

İslamabad fevralın 18-də Nyu Dehlidəki səfirini məsləhətləşmələr üçün çağırıb.

Pakistanın Xarici işlər naziri Shah Mahmood Qureshi BMT-nin Baş katibi Antonio Guterres-ə məktubunda yazır ki, “daxili siyasi səbəblərdən Hindistan bilərəkdən Pakistana qarşı ədavət ritorikasını gücləndirib, gərgin mühit yaradıb”.

Nüvə silahlı Hindistan və Pakistan Kəşmirin ayrı-ayrı hissələrinə nəzarət edirlər. 1947-ci ildə Britaniyadan ayrılaraq müstəqillik əldə edəndən Kəşmir uğrunda bir neçə dəfə müharibə aparıblar.

Fevralın 18-də Kəşmirdə üsyançılarla toqquşmada azı dörd hindistanlı əsgər öldürülüb. Bundan bir neçə gün öncə isə intiharçı hücumunda azı 44 hindistanlı hərbçi öldürülmüşdü.

XS
SM
MD
LG