Keçid linkləri

Təcili xəbərlər
2019, 27 Mart, çərşənbə, Bakı vaxtı 01:22

Taliban Pakistanda planlaşdırılan görüşü ertələyir


Moskvada Talibanla danışıqlar, 6 fevral, 2019-cu il

Taliban Pakistanda planlaşdırılan sülh danışıqlarını ertələyib, danışıqlar komandasının bir çox üzvlərinin ABŞ və BMT sanksiyaları ucbatından səfərə çıxa bilmədiyini deyib.

Bu bəyanat fevralın 17-də verilib. Bir gün öncə silahlı qruplaşmanın nümayəndə heyəti İslamabada getməli, Baş nazir Imran Khan və ola bilsin, ABŞ rəsmiləri ilə görüşməliydi. Bəyanatda əlavə informasiya verilmir.

Bu bəyanatdan bir neçə saat əvvəl isə Əfqanıstan BMT-nin Təhlükəsizlik Şurasına Taliban üzvlərinin Pakistana planlaşdırılan səfərilə əlaqədar etiraz təqdim etmişdi.

Mashaal Radiosunun (AzadlıqRadiosu) gördüyü məktubda Əfqanıstanın BMT-dəki missiyası yazır ki, Taliban-Pakistan danışıqları “Əfqanıstanın milli suverenliyinin pozulmasıdır”. Məktubda deyilir ki, Khan-ın Talibanın nümayəndə heyətinə dəvətnamə göndərməsi “Əfqanıstanda təhlükəsizliyə və sabitliyə ciddi təhdid törədən silahlı qruplaşmanın rəsmi tanınmasıdır”.

Talibanın Dohada siyasi ofisi var, danışıqları aparan komandasının üzvləri də orada yaşayır. Bu komandaya Birləşmiş Ştatların Quantanamo həbsxanasının azı beş keçmiş məhbusu daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG