Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 02:53

Yeni cərimə cəzaları gəlir


Azerbaijan, Parliament

Azərbaycanda daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyn pozulmasına görə cəzalar müəyyənləşib və bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Bu barədə parlamentdən bildiriblər.

Verilən məlumata görə, nəzərdə tutulan cəzalar əksini Məcəlləyə əlavə edilən 440-1-ci ( Daşınar əmlakın yüklülüyü haqqında qanunvericiliyn pozulması) maddədə tapır.

Bildirilir ki, orada daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə nəzərdə tutulan məlumatların verilməməsinə, reyestrə bilərəkdən yanlış və natamam məlumatların təqdim edilməsinə görə fiziki şəxslər 150, vəzifəli şəxslər 700, hüquqi şəxslər isə 2 500 manat cərimə edilir.

Verilən məlumata görə, dəyişiklik layihəsinin Milli Məclisin fevralın 19-da keçiriləcək plenar iclasında müzakirə çıxarılacağı gözlənilir.

Xatırlatma

“Daşınar əmlakın yüklülüyü haqqında” qanun 2018-ci ilin mayında qəbul edilib. Bu qanuna görə, daşınmaz əmlakı olmayan kiçik və orta sahibkarlar daşınar əmlaklarını - mal-qara, texnika, qızıl-zinət əşyalarını girov qoyaraq maliyyə resurslarına çıxış əldə edə bilər.

Qanunun kiçik və orta sahibkarlığı inkişaf etdirmək məqsədi daşıdığı vurğulanır.

Multimedia

XS
SM
MD
LG