Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 16:26

Məhkəmə İranın dondurulmuş puluyla bağlı qərar verəcək


Tehran, arxiv fotosu

Fevralın 13-də Beynəlxalq Ədalət Məhkəməsinin İranla bağlı qərar verəcəyi gözlənir. Söhbət Birləşmiş Ştatların dondurduğu 2 milyard dollarlıq vəsaitdən gedir.

Haaqada mənzillənən məhkəmənin çıxaracağı qərar Vaşinqtonla münasibətləri daha da pisləşdirə bilər. Oktyabrda məhkəmə Birləşmiş Ştatlara göstəriş verdi ki, İrana aparılan humanitar məhsullara sanksiyanı qaldırsın.

ABŞ Ali Məhkəməsinin 2016-cı ildə çıxardığı qərara görə, İran Tehranın günahlandırıldığı terror hücumlarından sağ çıxanlara, qurbanların qohumlarına kompensasiya ödəməlidir.

Həmin hücumlara 1983-cü ildə Beyrutda ABŞ dəniz piyadaları baraklarının bombalanması, 1996-cı ildə Səudiyyə Ərəbistanında Khobar Qüllələrinin bombalanması daxildir.

İran isə Ali Məhkəmənin qərarının ABŞ-la 1955-ci il sazişini pozduğunu, İranın maliyyə vəsaitlərinin, İran şirkətlərinin pulunun dondurulmasının qanunsuz olduğunu deyir.

XS
SM
MD
LG