Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:58

Ukraynada prezidentliyə rekord sayda namizəd qeydə alınıb


Ukrayna prezident seçkisinə hazırlaşır

Ukraynanın mərkəzi seçki komissiyası indiyədək prezidentliyə 44 nəfərin namizədliyini qeydə alıb.

Reutersin məlumatına görə, indiki prezident Petro Poroshenko,keçmiş baş nazir Yuliya Timoşenko və aktyor Vladimir Zelenski seçkidə əsas liderlər hesab olunurlar.

Seçki kampaniyası 2018-ci il dekabrın 31-dən başlayıb.

Namizədlərin qeydə alınması prosesi fevralın 3-də başa çatıb.

Yerli seçki qanununa görə, namizədlər mübarizədən martin 7-dək çəkilə bilərlər.

Seçkinin birinci mərhələsi martin 31-də keçiriləcək.

İlkin nəticələr aprelin 10-dək bəlli olacaq .

XS
SM
MD
LG