Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 21:03

Soyuq havaya görə məktəblər, yollar bağlanıb


Almatı, arxiv fotosu

Qazaxıstanın paytaxtı Astanada, eləcə də ölkənin şimal, mərkəzi və şərq regionlarında soyuq hava şəraiti üzündən fevralın 8-də bütün məktəblər bağlanıb.

Temperatur mənfi 40 dərəcə selsi göstərir.

Şimaldakı Pavlodar regionunda isə hakimiyyət bir neçə magistral yolun bağlandığını bildirir.

Astanadan kənar bütün yollar bağlıdır.

Hakim orqanlar həftənin əvvəlində növbəti günlərdə gözlənən qar çovğunu və aşırı soyuqla bağlı xəbərdarlıq etmişdi. Şərqi Qazaxıstan regionunda temperaturun mənfi 45 dərəcəyədək düşəcəyi bildirilirdi.

XS
SM
MD
LG