Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 22:11

İranın problemlərinə görə ‘ABŞ-ı günahlandırın’


Hassan Rohani Ayətulla Ruhollah Khomeini-nin məqbərəsini ziyarət edir

İranın iqtisadi çətinliklərinə görə ölkə rəhbərliyi deyil, Birləşmiş Ştatlar günahkardır. Bunu İran Prezidenti Hassan Rohani deyir.

Rohani yanvarın 30-da deyib ki, İran “son 40 ilin ən böyük təzyiqini və iqtisadi sanksiyalarını yaşayır”. Xəbəri prezidentin vebsaytı yayıb.

“Problemlərimiz əsasən Amerika və onun ardıcıllarının təzyiqilə bağlıdır. Məsuliyyətli hökumət və islam sistemi buna görə günahlandırılmamalıdır”, – Rohani islam respublikasının qurucusu Ayətulla Ruhollah Khomeini-ni illik anım mərasimində söyləyib.

O, çıxışının sonunda “birlik” çağırışı edib, deyib ki, Khomeini-nin əsas narahatlığı xarici qüvvələr sarıdan deyildi, yerli “narazılıq”dan idi.

İran fevralın 11-də İslam İnqilabının 40-cı ildönümünü keçirəcək. Məhz həmin inqilab ruhaniləri hakimiyyətə gətirib.

Ötən il Birləşmiş Ştatlar İranla nüvə sazişindən çıxıb, sanksiyaları bərpa edib. Bundan sonra İran rialı kəskin ucuzlaşıb, iqtisadi çətinliklər kəskinləşib.

Sürücülər, fermerlər, tacirlərin təkəmseyrək etirazları bəzən təhlükəsizlik qüvvələri ilə toqquşmalarla sonuclanıb.

XS
SM
MD
LG