Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 02:50

Avropa Birliyindən internet firmalarına çağırış


Julian King

Avropa Birliyi sosial media nəhənglərini bu yaza planlaşdırılan seçkilər öncəsi dezinformasiyayla mübarizəni gücləndirməyə çağırıb.

Avropa Komissiyası bu haqda yanvarın 29-da yaydığı hesabatda söz açır. Hesabat internetdə saxta xəbərlərlə mübarizə sahəsində ötən il götürülən öhdəlikləri haqdadır.

Rusiya kimi üçüncü tərəflərin populist, avroskeptik partiyaların nüfuzunu artırmaqdan ötrü gözlənən seçkilərə təsir göstərəcəyi sarıdan narahatlıq var.

“Maya qədər sürətlə irəli getməliyik”, – AB-nin təhlükəsizlik məsələləri üzrə komissarı Julian King deyib. Mayda Avropa Parlamentinin yeni tərkibi seçilməlidir.

Facebook, Google, Mozilla və Twitter sentyabrda onlayn saxta xəbərlərlə mübarizə sahəsində AB-nin davranış kodeksini imzalayıblar.

Həmin öhdəliklərə görə, şirkətlər siyasi reklamı fərqləndirməli, saxta hesabları bağlamalı, adamların informasiyalı qərarlar vermələrinə kömək etməlidirlər.

Facebook yanvarın 28-də bildirib ki, martın sonlarından AB-də seçkilərə “xarici müdaxiləni önləmək” üçün əlavə alətləri işə salacaq, “Facebook-da siyasi reklamı daha şəffaf edəcək”.

XS
SM
MD
LG