Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Aprel, şənbə, Bakı vaxtı 14:10

ABŞ-ın elçisi Taliban təmsilçiləri ilə görüşüb


Zalmay Khalilzad (sağda) Pakistanın Xarici işlər naziri Shah Mahmud Qureshi ilə görüşür

Vaşinqton Əfqanıstan üzrə elçisinin bu həftə Qətərdə Taliban təmsilçiləri ilə görüşdüyünü təsdiqləyib.

Dövlət Departamenti bildirir ki, Əfqanıstanda barışıq üzrə xüsusi elçi Zalmay Khalilzad yanvarın 22-də Dohada “Taliban təmsilçiləri” ilə görüşüb.

Departamentin sözçüsü danışıqların iki gün çəkdiyini, Birləşmiş Ştatlardan “agentliklərarası komanda”nın da ona qatıldığını söyləyib.

Talibanın sözçüsü Zabihullah Mujahid isə Khalilzad-la Əfqanıstan Talibanı təmsilçilərinin Dohadakı görüşünün yanvarın 21-də başladığını deyib.

Bu danışıqlarla bağlı Əfqanıstan hökumətindən hələlik, şərh gəlməyib.

Taliban əvvəllər Əfqanıstanın mərkəzi hökumətilə danışıqlar çağırışlarını rədd edib.

Khalilzad son vaxtlar Çinə, Hindistana, Pakistan və Əfqanıstana səfərlər edib, Taliban və Əfqanıstan hökumət təmsilçilərini danışıqlara cəlb etməyə səylər göstərib.

Khalilzad Twitter-də həmin səfərlərin Əfqanıstan sülh prosesi üçün uğurlu olduğunu deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG