Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 12:23

Abxaziyada rus əsgərləri həlak olub


Rusiyalı hərbçi, arxiv fotosu

Yanvarın 21-də Gürcüstanın separatçı Abxaziya regionunda üç rusiyalı hərbçi həlak olub. Onları aparan zirehli maşın dərəyə aşıb. Məlumatı Rusiya ordusunun rəsmiləri verib.

Daha iki hərbçinin xəsarət aldığı, vertolyotla hərbi qospitala aparıldığı xəbər verilir.

Hərbi komissiya insidenti araşdırır. Hadisə Rusiyanın hərbi konvoyu regiondakı daimi bazaya gedərkən baş verib.

2008-ci ilin avqustunda qısa müharibədən sonra Rusiya Gürcüstanın Abxaziya, Cənubi Osetiya bölgələrinin müstəqilliyini tanıyıb.

Gürcüstan və beynəlxalq ictimaiyyət isə bu ərazilərin Rusiyanın işğalı altında olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG