Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 16:06

İran generalı ikinci dəfə Müdafiə Nazirliyində


M.Baqeri

Yanvarın 17-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda yazılıb.

Məlumata görə, görüşdə iki gün ərzində işçi qruplarda aparılan danışıqların nəticələri müzakirə edilib.

Bununla yanaşı, hərbi əməkdaşlığın digər istiqamətlərində münasibətlərin genişləndirilməsi ilə bağlı bir daha fikir mübadiləsi aparılıb.

Müzakirə edilən məsələlərin detalları açıqlanmır.

Xatırlatma

M.Baqiri yanvarın 16-dan Bakıda rəsmi görüşlərə başlayıb. O, yanvarın 16-də prezident İlham Əliyev və müdafiə naziri ilə görüşmüşdü.

Multimedia

XS
SM
MD
LG