Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 21:18

İranın Baş qərargah rəisi Bakıdadır


M.Baqeri

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 16-da İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, prezident görüşdə deyib ki, Azərbaycan-İran ikitərəfli münasibətləri son illər ərzində bütün sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf edir.

Eyni zamanda siyasi əlaqələrin ən yüksək pilləyə qalxdığını deyən İ.Əliyev son illər ərzində prezidentlər səviyyəsində 10-dan çox görüşün keçirilməsinin münasibətlərin inkişafında xüsusi rolunu qeyd edib.

Xəbərə görə, M.Baqeri isə öz növbəsində bildirib ki, İran rəhbərliyi iki ölkə arasında əlaqələrin bundan sonra daha çox güclənməsini zəruri hesab edir.

Üstəlik, xəbərdə vurğulandığına görə, M.Baqeri habelə deyib ki, İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir .

M.Baqerinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan səfəri yanvarın 16-da başlayıb.

XS
SM
MD
LG