Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 20:22

Putin Milli Zibilyığma Sisteminin yaradılmasına sərəncam verib


Volokolamskda etirazlar

Rusiya Prezidenti Vladimir Putin bələdiyyə səviyyəsində tullantıların yığılması üzrə milli sistemin yaradılmasına sərəncam verib. Bir müddət öncə Moskva regionunda tullantıların toplandığı ərazinin böyüməsinə qeyri-adi səviyyədə etirazlar keçirilmişdi.

Putinin imzaladığı sərəncamda deyilir ki, “Rusiya Ekoloji Operatoru” yaradılır və ölkəboyu tullantı şirkətlərinin işini koordinasiya edəcək.

Agentliyin bu ilin sonunadək yaradılacağı bildirilir.

2018-ci ilin əvvəlində ölkədə zibilliklərin böyüməsinə etiraz aksiyaları keçirilmişdi. Ən böyük etirazlar ardıcıl olaraq Moskva regionunun Volokolamsk şəhərində baş tutmuşdu.

Etirazlara onlarla uşağın qaz zəhərlənməsi isə xəstəxanaya yerləşdirilməsi səbəb olmuşdu. Sakinlər yaxınlıqdakı zibillikdən qaz sızdığını iddia edirdilər.

Bu etirazlar Rusiya boyunca diqqəti çəkmiş, Kremlin isə ölkəiçi etirazlardan narahatlığının artmasına səbəb olmuşdu.

XS
SM
MD
LG