Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 18:09

Donbasda ATƏT-in müşahidəci missiyasının pilotsuz aparatı vurulub


ATƏT müşahidəçiləri Donbasda pilotsuz müşahidəçi aparatı sınaqdan keçirirlər.

Donbasda ATƏT müşahidəçilərinin pilotsuz aparatı vurulub.

Müşahidəçilərin məlumatına görə, insident Popasnaya yaşayış qəsəbəsinin yaxınlığında baş verib.

Bu məntəqə Ukrayna hərbçilərinin nəzarətindədir,amma atəşin məhz hardan açılması bəlli deyil.

Artıq ATƏT bu cür insidentlərə görə Ukraynanın şərqində bir neçə pilotsuz apparat itirib.

Belə aparatlardan biri yanvarın 2-də Ukraynanın separatçı Luqansk vilayətində, ötən ilin noyabrında isə Rusiya-Ukrayna sərhədinin yaxınlığında vurulub.

Həmçinin müşahidəçilərin özləri, Donbas müharibəsi dövründə dəfələrlə atəşə məruz qalıblar.

Kiyevin məlumatına görə, separatçılar son gün ərzində Ukraynanın şərqində atəşkəs rejimini 7 dəfə pozub və nəticədə 2 Ukrayna əsgəri yaralanıb.

Donbasdakı rusiyapərəst separatçı rejim isə öz növbəsində, Ukrayna ordusunun sutka ərzində atəşkəs rejimini 12 dəfə pozduğunu bildirir.

XS
SM
MD
LG