Keçid linkləri

Təcili xəbərlər
2019, 21 Mart, Cümə axşamı, Bakı vaxtı 08:07

İran tezliklə orbitə ‘peyklər göndərəcək’


Hassan Rohani

İran özünün hazırladığı raketlərdən istifadə edərək tezliklə orbitə iki peyk göndərəcək. Bunu Prezident Hassan Rohani deyir. Birləşmiş Ştatlar isə peyk buraxılmasının ölkənin ballistik raket hazırlamasına təkan verməsindən narahatdır.

Tezliklə, bir neçə həftəyə özümüzün hazırladığımız raketlər vasitəsilə orbitə iki peyk buraxacağıq”, – Rohano yanvarın 10-da mərhum prezident Akbar Hashemi Rafsanjani-nin anım mərasimində deyib.

O, raketlər və peyklər barədə əlavə bilgi verməyib.

ABŞ Dövlət katibi Mike Pompeo bu ayın əvvəlində İrana “provokativ” planlarını davam etdirməmək xəbərdarlığı edib.

Tehran isə kosmik proqramını milli qürur məsələsi sayır, raket sınaqlarının, peyk buraxılmasının BMT qətnamələrini pozmadığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG