Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 06:23

Konqresmenlərdən maliyyə nazirinə sərt təpki


ABŞ Dövlət katibi Mike Pompeo (solda) və Steven Mnuchin
ABŞ Dövlət katibi Mike Pompeo (solda) və Steven Mnuchin

ABŞ Prezidenti Donald Trump rusiyalı oliqarx Oleg Deripaska-ya sərt sanksiyaları qüvvədə saxlayacaq. Maliyyə naziri bunu konqresmenlərə deyib. Belə ki, Konqresdəki demokratlar administrasiyasının Kremlə bağlı oliqarxa siyasətindən dolayı təzyiqi artırmışdılar.

Steven Mnuchin yanvarın 10-da, Nümayəndələr Palatasının aparıcı komitəsində məxfi brifinq qabağı bəyanat yayıb.

Konqres administrasiyasının Deripaska-nın nəzarətində olan üç şirkətə – Rusal, EN+ və JSC EuroSibEnergo-ya sanksiyaları qaldırmaq qərarını nəzərdən keçirir.

Xəzinədarlığın sanksiyaları bir neçə dəfə ertələməsi ilə bir arada Deripaska-nın şirkətlərinin lobbiçilik kampaniyası aparmaları barədə xəbərlər yayılıb.

Oleg Deripaska çıxış edir
Oleg Deripaska çıxış edir

Dekabrda administrasiya Konqresə sanksiyaları qaldıracağını bildirib. Bu isə Konqreslə bağlı bir maddəni işə salıb. Qanunverici qurum 30 gün ərzində birgə qətnamə qəbul edərək qərarı ləğv edə bilər.

Mnuchin bəyanatında deyib ki, Deripaska sanksiyalar altındadır, “onun mülkiyyəti və maraqları bloklanıb, nəzarətində olan istənilən şirkətə sanksiya tətbiq olunub”.

Ancaq bu bəyanat demokratları qəzəbləndirib. Nümayəndələr Palatasının spikeri Nancy Pelosi bunu “indiyədək Trump administrasiyasından aldığımız ən pis brifinq” adlandırıb.

O, bəzi sualları cavablandırıb, ancaq ifadə verməyib”, – Pelosi jurnalistlərə deyib.

Milyarder Deripaska-nın Birləşmiş Ştatlara girişi 2000-ci illərdə yasaqlanıb. Buna onun mütəşəkkil cinayətkarlığa bağlılıq iddiaları olub.

O həm də 2016-cı ildə Trump-ın seçki kampaniyasının sədri olmuş Paul Manafort-un biznes tərəfdaşı idi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG