Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Yanvar, Cümə axşamı, Bakı vaxtı 04:53

Günəş sistemindən kənarda radiodalğalar aşkarlanıb


Arxiv fotosu

Kanada astronomları günəş sistemindən kənarda sirli radiodalğalar aşkarlayıblar. Bu haqda “Natura” elmi dərgisində yayılmış iki araşdırmada xəbər verilir.

Yanvarın 9-da dərc olunmuş hesabatda deyilir ki, güclü radiodalğaların haradan gəldiyi, onları nəyin yaratdığı bəlli deyil.

Araşdırmada beş qurumdan 50 alim iştirak edib.

Təkrarlanan sürətli radiodalğalar ötən il, CHIME adlı xüsusi teleskopun sınağı zamanı müəyyənləşdirilib.

İndi tam işlək vəziyyətdə olan radioteleskop yenidən radiodalğaların axtarışına çıxacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG