Keçid linkləri

Təcili xəbərlər
2019, 19 İyul, Cümə, Bakı vaxtı 20:13

Makedoniyanın ad məsələsi müzakirəyə çıxarılır


Afinada etiraz aksiyası, arxiv fotosu

Yanvarın 9-da Makedoniyada deputatlar ölkənin adının dəyişdirilməsi ilə bağlı müzakirə keçirəcəklər.

Baş nazir Zoran Zaev ölkənin adının Şimali Makedoniya Respublikası qoyulmasına tərəfdardır və müzakirədə də bunun təsdiqlənməsini istəyir.

Ancaq 120 üzvlük parlamentin üçdə ikisi onu dəstəkləmir.

Ölkənin adıyla bağlı Yunanıstanla uzun illərdir davam edən mübahisədə razılaşma əldə olunub.

Ancaq bunun rəsmi təsdiqi üçün müxalifətdə olan VMRO-DPMNE partiyasından deputatlar da onu dəstəkləməlidirlər.

Parlament dəyişikliyi qəbul edərsə, Yunanıstan Skopyenin NATO və Avropa Birliyinə qoşulmaq yolunda əngəl yaratmamağa söz verib.

Ancaq Makedoniya ad dəyişikliyini qəbul etsə belə, Yunanıstan parlamenti də onu təsdiqləməlidir.

Yanvarın 9-da millətçilərin Makedoniyada nümayiş keçirəcəyi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG