Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 12:07

Casusluqda suçlanan amerikalıya diplomatlar baş çəkə bilər


Paul Whelan

Moskvada casusluq ittihamları ilə saxlanmış amerikalıya vətəndaşı olduğu üç ölkənin diplomatları baş çəkə bilər. Bunu Rusiyanın Xarici İşlər Nazirliyi bildirir.

Paul Whelan ötən ayın sonunda saxlananda amerikalı kimi təqdim olunub. Ancaq ötən həftə onun həm də Kanada, Britaniya və İrlandiya vətəndaşı olduğu üzə çıxıb.

Nazirliyin sözçüsü Maria Zakharova yanvarın 7-də RIA-Novosti agentliyinə deyib ki, həmin ölkələr də konsulluq başçəkməsi üçün müraciət ediblər.

Saxlanan bu səfərləri istədiyini təsdiqləyərsə, onlar təşkil olunacaq”, – sözçü deyib.

Whelan-ın qardaşı David yanvarın 7-də deyib ki, “ABŞ səfirliyi konsulluq işlərinə başçılıq edəcəyini deyib, çünki Paul Rusiyaya ABŞ pasportuyla daxil olub”.

ABŞ səfiri Jon Hunstman ötən həftə Moskvadakı həbsxanada Whelan-a baş çəkib.

XS
SM
MD
LG