Keçid linkləri

Təcili xəbərlər
2019, 19 İyul, Cümə, Bakı vaxtı 16:31

Khashoggi-nin qətli üzrə məhkəmə başlanır


Jamal Khashoggi

Səudiyyəli köşə yazarı Jamal Khashoggi-nin qətlilə əlaqədar ər-Riyadda 11 nəfərin məhkəməsi başlanıb.

Yanvarın 3-də başlanan prosesdə prokurorlar təqsirləndirilənlərin beşinə ölüm cəzası istəyiblər.

Təqsirləndirilənlərin adları açıqlanmır.

ABŞ-da yaşayan, Səudiyyə hökumətinin tənqidçisi olan Khashoggi oktyabrın 2-də Səudiyyənin İstanbuldakı konsulluğuna girən kimi qətlə yetirilib. Onun cəsədi hələ də tapılmayıb.

Ər-Riyad vəliəhd şahzadə Mohammad Bin Salman-ın bu qətldə əli olmasına dair iddiaları rədd edib.

Prokurorlar jurnalistin onu krallığa qayıtmaqdan ötrü dilə tutmağa göndərilmiş agentlər tərəfindən qətlə yetirildiyini bildirir.

Türkiyə 18 şübhəlinin ekstradisiyasını istəsə də, Səudiyyə imtina edib.

Səudiyyənin baş prokuroru isə bəyanatında bildirib ki, Türkiyəyə dəlil üçün etdikləri müraciətlər cavabsız qalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG