Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:18

Atası Mehman Hüseynovla görüşə bilməyib


M.Hüseynov
M.Hüseynov

Yanvarın 1-də həbsdə olan bloqqer Mehman Hüseynovla görüşə gedən atası Rafiq Hüseynovun istəyi gerçəkləşməyib. O, oğlu ilə görüşünə icazə verilmədiyini bildirir.

«İndi Kürdəxanı təcridxanasının (1 saylı Bakı İstintaq Təcridxanası) qarşısındayam. Məni oğlumla görüşə buraxmadılar. Dedilər, Mehman təcridxanaya üç gündür gətirilib, karantin keçəndən sonra görüş veriləcək. Dünən (dekabrın 31-də) Mehman evə zəng etmişdi. İsti paltarlar və digər əşyalar gətirməyimi xahiş etdi. Oğlumla görüşə buraxmasalar da, gətirdiyim paltarları və digər əşyaları qəbul etdilər», - ata qeyd edib.

O, bloqqerin səhhəti ilə bağlı məlumatsız olduğunu deyib.

«Təcridxana əməkdaşlarından oğlumun səhhətinin necə olması ilə bağlı soruşdum. Mənə hər hansı məlumat vermədilər. Amma Mehman zəng edəndə səhhətinin ağır olduğunu demişdi. O, səhhətinin ağırlaşdığı üçün iynə ilə bədəninə dərman yeridildiyini bildirdi. Ondan su içməsini təkrar-təkrar xahiş etmişdim», - R.Hüseynov vurğulayıb

M.Hüseynovun atasının bu dediklərinə Penitensiar Xidmətdən münasibət almaq cəhdi nəticə verməyib.

Penitensiar Xidmət: 'Mehman Hüseynovun səhhətində problem yoxdur'

«Mehman Hüseynov qida və su qəbul edir. Onun səhhətində hər hansı problem yoxdur. Hüseynovun vəkilləri ilə görüşləri olur. Eyni zamanda, qanunvericiliyə uyğun olaraq o, telefon danışıqlarından istifadə edir».

Bunu Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov yanvarın 1-də «Turan» agentliyinə bildirib.

M.Sadıqov bloqqerin 1 saylı Bakı İstintaq (Kürdəxanı) Təcridxanasına köçürüldüyü haqqında məlumatı isə təsdiq edib.

Emin Hüseynov: 'Mənim təkidlərimdən sonra Mehman...'

«Mənim təkidlərimdən sonra Mehman su qəbul etdi...».

«Turan» agentliyinin xəbərinə görə, bunu həbsdə yeni ittihamla üzləşən və buna görə aclıq aksiyasına başladığını açıqlayan bloqqer Mehman Hüseynovun hazırda mühacirətdə olan qardaşı, hüquq müdafiəçisi Emin Hüseynov deyib.

Dekabrın 30-da M.Hüseynovla telefonla danışdığını bildirən Emin Hüseynovun vurğulamasına görə, bloqqer yemək yemir.

«Biz telefonla danışdıq. Mehmanın halı pisləşib. Mehman damarların varikoz genişlənməsindən əziyyət çəkir, bədənin susuzlaşmasından demək olar ki, ayaqları tutulub. Bundan əlavə, bayılıb və həkim çağırıblar. İynə vurublar ki, Mehman özünə gəlsin. Təkidli tələblərimdən sonra o, quru aclığı dayandırdı və yalnız maye qəbul etməyə başladı. Sonrakı günlər orqanizmdə geriyə dönməz proseslər baş verər və onun həyatını xilas etmək mümkün olmazdı. Onu maye qəbul etməyə razı saldım», - Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru E.Hüseynov deyib.

E.Hüseynov qardaşına açılmış yeni cinayət işini «görünməmiş özbaşınalıq, hüquq və ifadə azadlığının ələ salınması» adlandırıb.

E.Hüseynovun bu açıqlamasına, hələlik, Penitensiar Xidmətdən və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Atası: 'Mehman Hüseynovun sağlamlıq durumu ağırdır'

«Mehmanın sağlamlıq durumu çox ağırdır. O qida və sudan imtina edir. Dekabrın 30-da evə zəng etmişdi. Dedim, heç olmazsa, su iç. Mehman xahişimi qəbul etmədi. Onu telefonla danışmaq üçün əllərində gətirmişdilər…».

«Turan» agentliyinin xəbərinə görə, bunu bloqqer M.Hüseynovun atası Rafiq Hüseynov deyib. Onun sözlərinə görə, M.Hüseynov 14 saylı Cəzaçəkmə Müəssisəsindən 1 saylı Bakı İstintaq Təcridxanasına (Kürdəxanı) köçürülüb.

R.Hüseynov yanvarın 1-də oğluna baş çəkməkdən ötrü təcridxanaya gedəcəyini bildirib.

Penitensiar Xidmətdən isə, hələlik, bu deyilənlərə münasibət almaq mümkün olmayıb.

Mehman Hüseynovun Kürdəxanıya aparıldığı deyilir

«14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan bloqqer Mehman Hüseynov dekabrın 30-da Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb».

Bunu vəkil Şəhla Hümbətova M.Hüseynovun qardaşı, mühacirətdə olan, hüquq müdafiəçisi Emin Hüseynova istinadən bildirib.

Vəkil vurğulayıb ki, qardaşının sözlərinə görə, dekabrın 30-u M.Hüseynovun səhhətiylə bağlı həkim çağırılıb, ona iynələr vurulub.

«Bayram günləridir deyə, cəzaçəkmə müəssisəsinə buraxılış yoxdur. Ona görə də vurulan iynələrin nə iynələr olduğunu bayramdan sonra yanına getdikdə öyrənə biləcəyəm. Mehmanın ayağında da problem var idi...», - vəkil bildirib.

Vəkil Ş.Hümbətova özü M.Hüseynovla dekabrın 28-də görüşmüşdü. Vəkilin deməsinə görə, cərimə təcridxanasına salınan bloqqer yeni ittihamla üzləşməsinə və başqa son günlər baş verənlərə etiraz olaraq aclıq aksiyasına başlamışdı. Ş.Hümbətovanın deməsinə görə, bloqqer yeni ittihamı da qurama sayır.

Vəkilin qardaşına istinadən M.Hüseynovun Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülməsi və ona iynələr vurulması ilə bağlı dediklərinə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Blogger həmkarı Mehman Hüseynova azadlıq tələbi ilə aksiya keçirib
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00

Amma «Turan» agentliyi dekabrın 28-da M.Hüseynovun aclıq aksiyasına başlaması haqqında deyilənlərə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqovdan da münasibət almışdı. O yalnız bunları demişdi: «Aclıq edən şəxs digər məhbuslardan təcrid olunur, həkim nəzarətinə verilir. Eyni zamanda, qidanın qəbulundan imtina etmiş şəxs gərək qərarını əsaslandırsın. Əgər Mehmanla bağlı belə hal varsa, qanuni tədbirlər görüləcək».

Rəsmi məlumata görə, bloqqerə Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) maddəsi ilə yenidən cinayət işi başlanıb. Bu ittihamla üzləşən şəxsi 3 ildən 7 ilə kimi həbs gözləyir.

Bloqqerin yeni ittihamla üzləşdiyini onun vəkilləri də təsdiq edib. Amma vəkilləri başqa, oxşar maddədən bəhs ediblər. «Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisəsinin əməkdaşına təhlükəli şəkildə zor tətbiq etmək) maddəsi ilə cinayət işi qaldırılıb. İttiham təsdiqini tapdığı halda Mehmanı 5 ildən 7 ilə kimi həbs cəzası gözləyir», -deyə vəkili Ş.Hümbətova bildirib.

Xatırlatma

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, polisə böhtan atmaqda təqsirli bilinib. Bloqqer həbsindən öncə saxlanarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.

M.Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksəkvəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Amma hakimiyyət rəsmiləri bildirirlər ki, Azərbaycanda jurnalist və bloqqerlər peşə fəaliyyətləri ilə bağlı həbs edilmirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG