Keçid linkləri

Təcili xəbərlər
2019, 08 Dekabr, bazar, Bakı vaxtı 19:30

Bosniyalı ata etirazları davam etdirəcəyini deyir


Banja Lukada etiraz

Bosniya Herseqovinada oğlunun ölüm səbəbini öyrənmək istəyən ata etirazları davam etdirəcəyini deyir.

Əsasən serblərin yaşadığı Republika Srpskanın paytaxtı Banja Lukada müstəntiqlər dekabrın 26-da bildiriblər ki, Davor Dragicevic-ə qarşı istintaq davam edəcək, ancaq onu daha həbsdə saxlamağa ehtiyac yoxdur.

49 yaşlı Dragicevic dekabrın 25-də saxlanıb. Onun Bosniyanın serb daxili işlər nazirini hədələdiyi iddia olunurdu və bundan sonra polisin çağırışlarına cavab verməyib.

Buraxılandan az sonra Dragicevic min nəfərədək adamla birlikdə etiraza qalxıb. Polis onların şəhərin mərkəzi meydanına keçməsinə imkan verməyib.

Kimisə hədələdiyimi deyirlər, bunu etməmişəm. Təslim olmayacağam!” – Dragicevic söyləyib.

21 yaşlı oğlu David Dragicevic-in martda vəfatından sonra atası David üçün Ədalət hərəkatını təsis edib. Oğlu itkin düşəndən bir həftə sonra meyiti tapılmışdı. Ata oğlunun oğurlandığını, ona işgəncə verilərək qətlə yetirildiyini iddia edir. Həm də polisin bu işdə əli olduğunu bildirir.

Polis isə Dragicevic-in bədənində alkoqol və narkotik maddə aşkarlandığını deyir. İlkin versiya kimi onun intihar etdiyi bildirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG