Keçid linkləri

Təcili xəbərlər
2019, 07 Dekabr, şənbə, Bakı vaxtı 08:36

Gatwick aeroportunda uçuşlar bərpa olunur


Gatwick üzərində polis vertolyotu

Londonun Gatwick aeroportuna uçuşların tədricən bərpa olunduğu xəbər verilir. Aeroportun dekabrın 21-də yaydığı bəyanatda deyilir ki, “uçuş zolağı hazırda açıqdır, məhdud sayda təyyarələrin uçuşu planlaşdırılır”.

Ancaq reyslərdə təxirəsalmalar da istisna deyil, sərnişinlərdən xahiş olunur ki, aeroporta getməzdən öncə uçuşla bağlı durumu yoxlasınlar.

Bundan öncə Britaniya polisi dronlara odlu silahdan atəş açmağı nəzərdən keçirdiyi bildirib.

***

Londonun Gatwick aeroportu üzərində dronlarla bağlı axtarışa hərbçilər cəlb olunub. Aeroport yaxınlığında onlarla dronun görünməsi artıq 24 saatdan çoxdur uçuşların dayandırılmasına səbəb olub.

Yardım, bacardığımızı etmək üçün burdayıq”, – Müdafiə naziri Gavin Williamson dekabrın 21-də Sky News-a deyib.

Dekabrın 20-də gecəyarısı aeroport rəsmiləri bildiriblər ki, “dronlar hələ də göründüyündən Gatwick-in uçuş zolağı açılmayıb”.

Uçuş zolağı dekabrın 19-da bağlanıb, belə ki, 24 saat ərzində aeroport yaxınlığında qeyri-adi iri dronlar 50 dəfədən çox görünüb.

Polis dronların terrorçuluqla bağlı olmadığını, amma “məqsədli şəkildə” pozuntu yaratdığını deyib.

Aeroport uçuş zolağının “təhlükəsizlikdən əmin olmayınca” açılmayacağını bildirib.

Gatwick Milad bayramına görə günə 115 min sərnişin qəbul edib yola salacağını gözləyirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG