Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 23:20

Nümayəndələr Palatası sərhədə hasarpulunu təsdiqləyir


ABŞ-Meksika sərhədi

ABŞ Nümayəndələr Palatası təsdiqlədiyi büdcə layihəsində Prezident Donald Trump-ın sərhəd hasarına istədiyi məbləğ də var. Ancaq bu layihənin senatdan keçəcəyi çətin görünür və hökumətin bağlanması riski artır.

Palatanın dekabrın 20-də qəbul etdiyi sənəddə ABŞ-Meksika sərhədində hasar çəkilməsinə 5,7 milyard dollar ayrılması nəzərdə tutulub.

Demokratlar hasarın çəkilməsinə qarşıdırlar və senatda belə bir layihəni rədd edəcəklərini deyiblər. Senatda demokratlar azlıqda olsalar da, layihəni rədd etməyə səsləri çatacaq.

Trump isə yalnız hasarpulunun salındığı sənədi imzalayacağını bildirib.

Respublikaçılar sahil qasırğaları, Kaliforniyada meşə yanğınlarından sonrakı bərpa işlərinə 8 milyard dollar yaxın vəsaiti layihəyə salıb. Onlar Senatda Demokratların səslərini qazanmağa, azından partiya üzvlərinə siyasi təzyiq göstərməyə ümid edirlər.

Senat, Palata və Trump bu gün gecəyarısınadək büdcəylə bağlı razılığa gələ bilməsələr, ABŞ hökuməti qismən bağlana bilər.

Respublikaçılar hələlik, palatada üstünlüyə malikdirlər. Amma noyabr seçkilərində qələbə qazanmış demokratlar Yeni ildən çoxluğu ələ alır.

XS
SM
MD
LG