Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 14:51

700-dək katolik keşişi cinsi təcavüzdə ‘suçlanıb’


Kilsə

Son on illər ərzində ABŞ-ın İllinoys ştatında 700-dək katolik keşişi uşaqlara cinsi təcavüzdə ittiham olunub. Ştat baş prokurorunun açıqladığı bu rəqəm Katolik Kilsənin daha öncə dediyindən qat-qat çoxdur.

Baş prokuror Lisa Madigan dekabrın 19-da yayılmış hesabatda bildirir ki, təhqiqat keşişlərin cinsi təcavüzdə suçlandığı 690 halı üzə çıxarıb.

Katoik Kilsəsi isə 185 ruhaniyə qarşı belə ittihamların olduğunu bildirmişdi.

Baş prokurorun sözçüsünün bildirməsinə görə, iddiaların tarixi on illərlə qabağa gedir və bəzi keşişlər artıq dünyasını dəyişib.

Bu iddiaların araşdırılmaması o deməkdir ki, Katolik Kilsəsi suçlanan keşişlərin davranışının gözardı olunduğunu, yaxud rəhbərləri tərəfindən ört-basdır edildiyini müəyyənləşdirməyib”, – prokuror bəyanatında deyib.

İllinoysun yepiskopu isə keşişlərin davranışına nəzarətini müdafiə edib, deyib ki, 2002-ci ildən bəri cinsi təcavüzün aradan qaldırılması üçün sərt prosedurlar olmayıb.

Bəzi kilsə rəsmiləri hesabatda konkret misalların göstərilməməsindən narazılıqlarını bildiriblər.

İndiyədək cinsi təcavüz qalmaqallarında kilsənin bəzi rəsmilərinin adları çəkilib. Bu qalmaqallar onillər boyunca kilsənin nüfuzunu ləkələyib.

XS
SM
MD
LG