Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 10:27

Zavodun tavanı uçub, 3 nəfər həlak olub


Hadisə yeri

Dekabrın 17-də Moskva yaxınlığındakı Dzerjinsk şəhərində zavodun tavanı uçub, 3 nəfər həlak olub.

Fövqəladə Hallar Nazirliyi hadisənin qızdırıcı qurğular və soyuducular istehsal edən zavodda təmir işləri zamanı baş verdiyini deyir.

Regional Səhiyyə Nazirliyinin bildirməsinə görə, altı nəfər xəstəxanaya yerləşdirilib, altısına isə tibbi xidmət göstərilərək evə buraxılıb.

130 kvadrat metrlik ərazidə tavanın uçduğu bildirilir.

İnternetdə dağılma anının videosu yayılıb.

İstintaq Komitəsi “üç nəfərin ölümünə səbəb olmuş tikinti zamanı təhlükəsizlik qaydalarının pozulması” üzrə cinayət işi açıldığını bildirir.

XS
SM
MD
LG