Keçid linkləri

Təcili xəbərlər
2019, 11 Dekabr, çərşənbə, Bakı vaxtı 14:51

Taliban bu gün ABŞ rəsmiləri ilə görüşür


Əfqanıstanda məcburi köçkünlər

Taliban dekabrın 17-də ABŞ rəsmiləri ilə “daha bir” görüş keçirəcəyini deyir. Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək görüş Əfqanıstanda 17 ildir gedən müharibəyə son qoymağı hədəfləyən daha bir cəhddir.

Talibanın sözçüsü Zabihullah Mujahid deyib ki, görüşə Səudiyyə, Pakistan, BƏƏ təmsilçiləri qatılacaq, ancaq detalları açıqlamayıb.

Vaşinqton indiyədək Talibanla görüşləri nə təsdiq, nə inkar edib. Amma Birləşmiş Ştatların xüsusi elçisi Zalmay Khalilzad daha öncə demişdi ki, münaqişəyə tərəf olan bütün əfqanlarla bir neçə görüş keçirib. Yəni, Əfqanıstanın demək olar, yarısına nəzarət edən Taliban da buraya daxil ola bilər.

Ötən ay verdiyi bəyanatda Taliban Qətərdə Khalilzad-la üç gün dalbadal görüş keçirildiyini demişdi. Talibanın siyasi ofisi Qətərdə yerləşir.

Bundan sonra Khalilzad Kabilə getdi, Əfqanıstan prezidenti Ashraf Ghani-ni Talibanla danışıq aparacaq qrup yaratmağa çağırdı.

2001-ci ildə Birləşmiş Ştatların rəhbərlik etdiyi koalisiya Talibanı Əfqanıstanda hakimiyyətdən devirib. O vaxtdan bu ölkədəki müharibəyə Vaşinqton 1 trilyon dollar xərcləyib. Bu, Amerikanın ən uzun müharibəsinə çevrilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG