Keçid linkləri

Təcili xəbərlər
2019, 25 Mart, Bazar ertəsi, Bakı vaxtı 12:12

Eks-prezidentlərin toxunulmazlığını alırlar


Sooronbai Jeenbekov (sağda) və Almazbek Atambaev

Qırğızıstan parlamenti eks-prezidentlərin toxunulmazlığının ləğvini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Bu, ölkənin keçmiş lideri Almazbek Atambaev-in təqibinə yol aça bilər.

Dekabrın 13-də 120 yerli parlamentdə 100 deputat layihənin lehinə səs verib. İki deputat əleyhinə çıxıb, 18-i iclasa qatılmayıb.

Qanun layihəsi noyabrın sonunda parlamentin qanunvericilik, dövlət strukturları və ədliyyə məsələləri komitəsində təsdiqlənib. O, parlamentin müzakirəsinə hələ iki oxunuşda da çıxarılmalı, sonra Prezident Sooronbai Jeenbekov tərəfindən imzalanmalıdır.

Bu arada vaxtilə yaxın dost olmuş Jeenbekov və Atambaev arasında gərginlik yaşanmaqdadır.

Qırğızıstan Ali Məhkəməsi oktyabrda keçmiş prezidentlərin toxunulmazlığının konstitusiyaya zidd olması barədə qərar çıxarıb.

Son aylar ərzində bir sıra siyasətçilər və deputatlar Atambaev hakimiyyət olarkən verdiyi bəzi qərarların araşdırılmasına çağırırlar. Onun müttəfiqlərindən bəziləri korrupsiyada şübhəli bilinərək həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG