Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 08:13

Rusiya Slovakiya diplomatını qovur


Rusiya Slovakiyanın hərbi diplomatını persona non qrata elan edib. Ötən ay Bratislava Rusiya diplomatını casusluqda şübhəli bilərək qovmuşdu.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova Slovakiyanın addımını “qeyri-dost hərəkəti” adlandırıb. O, dekabrın 13-də deyib ki, Slovakiyanın Moskvadakı səfirliyində çalışan diplomatın ölkəni tərk etməsi üçün iki gün vaxt qoyulub.

Bu ayın əvvəlində Slovakiya hökuməti bildirib ki, Rusiyanın Bratislavadakı səfirliyinin hərbi attaşesinin idarəsinin bir üzvünü noyabrın sonunda qovub. Səbəb də Slovakiya Hərbi Kəşfiyyat Xidmətinin məlumatı olub. Xidmət həmin diplomatın ölkənin və NATO-nun maraqları əleyhinə “kəşfiyyat məlumatı topladığını” bildirib.

Slovakiya NATO və Avropa Birliyinin üzvüdür.

Moskvayla Bratislava arşındakı bu gərginlik Qərblə Rusiyanın əlaqələrinin keşməkeşli dönəminə təsadüf edir. Moskva Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra Qərbin sanksiyaları ilə üzləşib. Kremlə qarşı Birləşmiş Ştatlar və Avropada seçkiyə müdaxilə, beynəlxalq kiberhücum iddiaları da var.

XS
SM
MD
LG