Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 20:21

Kemal Oksuz yalan danışdığını boynuna alıb


Kemal Oksuz Ermənistanda dindirilir, 29 avqust, 2018-ci il
Kemal Oksuz Ermənistanda dindirilir, 29 avqust, 2018-ci il

Türk kökənli amerikalı biznesmen beş il öncə konqresmenlərin Azərbaycana səfəri haqda Konqres təhqiqatçılarına yalan danışdığını boynuna alıb. Bunu ABŞ rəsmiləri deyir.

Ədliyyə Departamentinin bildirməsinə görə, Kemal Oksuz dekabrın 10-da təqsirini boynuna alıb.

***Buna da bax: Türk-amerikan lobbiçi Yerevanda saxlanıb

Hyustonda mənzillənən biznesmen Oksuza ABŞ böyük jürisi ittiham irəli sürüb. O, 2013-cü ildə Konqresin 10 üzvünün və 32 əməkdaşının Azərbaycana bütün xərcləri ödənilən səfər etməsi barədə bəyannamə anketlərində yalan danışmaqda suçlanıb.

Sentyabrda açıqlanmış beş maddəlik ittihamnaməyə görə, səfəri Azərbaycanın SOCAR dövlət neft şirkəti maliyyələşdirib və bu işə 750 min dollar xərcləyib.

Oksuz avqustda Ermənistanda saxlanıb. Ermənistan hakimiyyəti onun dindirilmə videosunu yayıb. O, videoda deyir ki, SOCAR 2013-cü ildə ABŞ konqresmenlərinin səfər xərclərini ödəyib və onlara bahalı hədiyyələr verib.

***Buna da bax: ABŞ Ermənistanda həbs edilmiş biznesmenə ‘Azərbaycanla bağlı’ ittihamı elan edir

“Ola bilsin, bu, korrupsiya idi, bilməmişəm”, – o deyib.

O zaman Oksuzun Ermənistana nə vaxt, niyə getdiyi bəlli olmamışdı. Ermənistanın Azərbaycan və Türkiyəylə münasibətlərində uzun illərdir gərginlik yaşanır.

Həmin səfərin maliyyə tərəfi barədə ABŞ mediası 2015-ci ildə yazmağa başlayıb. Ondan sonra konqresmenləri bir çoxu səfər zamanı onlara verilmiş hədiyyələri geri qaytarıb.

Oksuz fevralda məhkum ediləcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG