Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:16

Türk-amerikan lobbiçi Yerevanda saxlanıb


Kemal Öksüz dindirilir, 29 avqust, 2018-ci il
Kemal Öksüz dindirilir, 29 avqust, 2018-ci il

Türkiyə-Amerika lobbi qrupunun keçmiş rəhbəri ABŞ hüquq mühafizə orqanlarının orderi əsasında Ermənistanda saxlanıb.

Texasda mənzillənən Türk Amerika Assosiasiyaları Şurasının keçmiş rəhbəri Kemal (Kevin) Öksüz həm də Azərbaycanın Dostları Assambleyasını (AFAZ) idarə edirdi. 2013-cü ildə Azərbaycana ABŞ konqresmenlərinin bütün xərcləri ödənən səfəri barədə informasiya yayılandan sonra bu iki təşkilat diqqət mərkəzinə gəldi.

“The Washington Post” 2015-ci ildə yazırdı ki, səfərin xərclərini gizli şəkildə Azərbaycanın dövlətə məxsus SOCAR şirkəti çəkib və bununla da Konqresin qaydaları pozulub. O zaman SOCAR-ın konfransı maliyyələşdirməsini gizlətmək üçün Öksüzün rəhbərlik etdiyi qurumlar vasitəsilə səfərə 750 min dollar xərclədiyi bildirilirdi. Ancaq SOCAR bu yazılanları təkzib etmiş, tədbirə sponsorluğun şəffaf şəkildə gerçəkləşdirildiyini vurğulamışdı.

***Buna da bax: «The Washington Post» 10 konqresmeni Azərbaycana ödənişli səfər və bahalı hədiyyələr almaqda ittiham edir

YALAN DANIŞDIĞI DEYİLİR

Nümayəndələr Palatasının Etika Komitəsi araşdırmaya başlayanda Öksüzün ifadə verməkdən imtina etdiyi xəbər verilir.

Ermənistan polisinin dünən – avqustun 30-da yaydığı məlumata görə, Öksüz şirkət yaratmaqdan ötrü Ermənistana köçüb. Birləşmiş Ştatların onun həbsinə avqustun 23-də beynəlxalq order verdiyi bildirilir.

Türk əsilli Amerika vətəndaşı olan Öksüz təşkilatlarına ayrılan xarici maliyyə haqda Etika Komitəsinə yalan danışdığına görə axtarılıb.

Öksüz avqustun 29-da Yerevanda saxlanıb.

Polis onun ilkin dindirilməsinin qısa videosunu da yayıb. O, videoda SOCAR-ın 2013-cü ildə ABŞ rəsmilərinin səyahət xərclərini ödədiyini, onlara bahalı hədiyyələr verdiyini etiraf edir. “Ola bilsin, bu korrupsiyadır, bilmirəm”, – o deyib.

***Buna da bax: Konqresmen deyir ki, Bakıda ona verilən xalça anbardadır

AzadlıqRadiosu-nun erməni xidməti yazır ki, Öksüzün Türkiyə və Azərbaycanla münasibətləri gərgin olan Ermənistana niyə köçdüyü bilinmir. O həm də etiraf edib ki, digər türkiyəli amerikan fəallar kimi Konqresdə 1915-ci il erməni qırğınlarının genosid kimi tanınmaması üçün lobbiçilik edib. Türkiyə həmin hadisələri soyqırımı saymır.

Türkiyənin hökumətyönlü “Sabah” qəzeti Öksüzün həbsindən yazıb, onu Fethullah Gulenin “yüksəkçinli” tərəfdarı adlandırıb. Ankara Guleni 2016-cı ilin uğursuz çevriliş cəhdinin arxasında durmaqda suçlayır, Gulen bu ittihamları danır.

Həmin çevriliş cəhdindən bəri Türkiyədə minlərlə Gulen tərəfdarı saxlanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG