Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:43

ABŞ Ermənistanda həbs edilmiş biznesmenə ‘Azərbaycanla bağlı’ ittihamı elan edir


Kemal Öksüz

ABŞ hakimiyyət orqanları 5 il bundan əvvəl ABŞ millət vəkillərinin Azərbaycana səfəri barədə Konqres komitəsinə yalan deməkdə günahlandırılan Türkiyə-Amerika biznesmeninə qarşı ittihamı açıqlayıb.

İlk dəfə aprel ayında tərtib edilmiş ittiham, sentyabrın 24-də, biznesmen Kemal Öksüz ABŞ-ın orderi əsasında Ermənistanda həbs olunduqdan üç həftə sonra açıqlanıb.

Hyustonda mənzillənmiş biznesmen Öksüz əvvələr iki təşkilata –Türk Amerika Assosiasiyaları Şurasına və Azərbaycanın Dostları Assambleyasına rəhbərlik edib.

Böyük jüri onu Konqresin bəyannamə formalarını doldurarkən konqresmenlərin 2013-cü ildə Azərbaycana səfəri barədə yalan məlumat verməkdə ittiham edir.

Konqresin 10 üzvünün və 32 əməkdaşının Azərbaycana səfərinin xərcləri Azərbaycan-ın SOCAR neft şirkətinin dəstəyi iləödənmişdi.

İttihamnamədə bildirilir ki, SOCAR bu tədbirə xərclənən pulun 750 min dollarını ödəyib.

Ermənistan polisi Öksüzün ötən ay həbs edildiyi barədə məlumat yaymış və sonradan onun dindirilməsini əks etdirən video yayınlanmışdı.

Bu videoda Öksüz ABŞ rəsmilərinin yol xərclərinin və onlara verilən bahalı hədiyyələrin SOCAR tərəfindən ödəndiyini bildirir.

O demişdi: “Bu bəlkə də korrupsiya idi, amma mən bilmirəm”.

Öksüzün Ermənistana nə vaxt və niyə qaçdığı bilinmir, beləki bu ölkənin həm Azərbaycan, həm də Türkiyə ilə gərgin münasibətləri var.

Sentyabrln 26-a olan məlumata görə Öksüz hələ də Ermənistan polisində saxlanır.

ABŞ mediası 2015-ci ildə konqresmenlərin Azərbaycana səfəri məsələsindən yazandan bəri bir neçə ABŞ millət vəkili Azərbaycanda aldıqları hədiyyələri geri qaytarıb.

XS
SM
MD
LG