Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Yanvar, Cümə axşamı, Bakı vaxtı 17:06

Macron xalqa müraciət edəcək


Parisdə etirazlar, 8 dekabr, 2018-ci il

Bu gün – dekabrın 10-da Fransa Prezidenti Emmanuel Macron xalqa müraciət edəcək. O və administrasiyası antihökumət etirazlarını, dörd həftədən çoxdur ölkəni bürümüş zorakılıq dalğasımı yatırtmağa çalışır.

Macron-un idarəsi onun axşam saat 8-də Yelisey Sarayında çıxış edəcəyini bildirib. Bu, nümayişlər başlanandan prezidentin ictimaiyyət qarşısında ilk çıxışıdır.

Prezidentin dizel yanacağına vergini artırmaq qərarı etirazlar yaradıb. O, qərarın icrasını ertələsə də, etirazlar səngimək bilmir.

Hökumətin sözçüsü Benjamin Griveaux deyib ki, “Macron-un fransızların ürəklərinə yol tapa biləcəyindən əmindir”.

Ancaq sözçü həmçinin xəbərdarlıq edib ki, “sarı jiletlilər” kimi tanınan etirazçıların bütün tələblərini təmin etməyə “sehrli çubuq” yoxdur.

Macron çıxışından öncə həmkarlar ittifaqları və şirkət liderləri ilə görüşməlidir.

Maliyyə naziri Bruno Le Maire etirazları və zorakılığı ölkə iqtisadiyyatı üçün “fəlakət” adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG