Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 19:47

ABŞ-ın Hamasa qarşı qətnaməsi BMT-dən keçmədi


Qəzzə, arxiv fotosu

Birləşmiş Ştatların Hamas silahlı qruplaşmasının Qəzzadan İsrailə raket atmasını pisləmək cəhdi BMT Baş Assambleyasından keçməyib.

Dekabrın 6-da Vaşinqtonun hazırladığı qətnamə layihəsinin lehinə 87, əleyhinə 58 səs verilib. Qəbul olunmaqdan ötrü gərəkən üçdə iki səs çoxluğu yığılmayıb. 32 ölkə səsvermədə iştirak etməyib.

Alınsaydı, bu, Hamas-ın BMT-də ilk dəfə rəsmi şəkildə pislənməsi olacaqdı.

Səsvermədən öncə ABŞ-ın səfiri Nikki Haley bu qətnaməni Yaxın Şərqdə sülhün əldə olunmasında “vacib addım” adlandlırıb, üzvləri mətni dəstəkləməyə çağırıb.

Hüquqi qüvvəsi olmayan qətnamədə Fələstinin ekstremist təşkilatı “İsrailə dəfələrlə raket atmasına, zorakılıq yaradaraq dinc sakinlərin həyatını riskə atması”na görə pislənilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG