Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:50

Hasilatı azaltmaqla bağlı razılaşma var


Vyanada OPEC-in baş qərargahı

Vyanada OPEC və qeyri-OPEC ölkələrini birləşdirən OPEC+ formatında keçirilən görüşdə neft hasilatının azaldılması barədə ümumi razılıq əldə edilib.

AZƏRTAC-ın xəbərinə görə, bu haqda Oman energetika naziri Məhəmməd Al-Rumhi iclasdan sonra mətbuata verdiyi açıqlamada bildirib.

Nazirin sözlərinə görə, burada söhbət hasilatın həcminin gündəlik bir milyon barel azaldılmasından gedir və nazirlər bunun vacibliyi barədə razılığa gəliblər.

Son həftələrdə dünya bazarlarında xam neftin qiymətinin ucuzlaşması fonunda Rusiyanın OPEC ölkələri ilə hasilatın aşağı salınması barədə danışıqlar apardığı məlum olub.

Səudiyyə Ərəbistanının da hasilatın həcmini azaltmaqda maraqlı olması mühüm əhəmiyyət daşıyır.

Toplantıdan əvvəl ABŞ prezidenti Donald Tramp Twitter vasitəsilə hasilatın həcmini azaltmamağa çağırıb. O, yüksək neft qiymətlərini görmək istəmədiyini və buna ehtiyacın olmadığını deyib.

Hazırda dünya bazarlarının diqqəti Vyana toplantısına yönəlib. Ekspertlər hasilatın azaldılması yolu ilə bazarlarda qiymətlərin sabitləşəcəyini proqnozlaşdırırlar.

Azərbaycanı bu iclasda energetika naziri Pərviz Şahbazov təmsil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG