Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 19:07

Qızıl medal alanlar imtahandan azad edilir


Milli Məclis

Ümumtəhsil haqqında hazırlanmış yeni qanun layihəsi dekabrın 4-də parlamentin Elm və təhsil komitəsinin iclasında müzakirəyə çıxarılıb.

«Report»un xəbərinə görə, qanun layihəsi 5 fəsil 33 maddədən ibarətdir.

Layihədə təhsilini qızıl medalla başa vuran məzunların imtahandan azad olunmaları da əksini tapır. Onlar yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunacaqlar.

1992-ci ildən Azərbaycanda ali təhsil müəssisələrinə qəbul yalnız test imtahanları vasitəsilə aparılır. Orta məktəbdə əldə edilən hər hansı təhsil uğuru abituriyenti qəbul imtahanında azad etmir. Dövlət İmtahan Mərkəzinin test imtahanlarının nəticələri ilə bağlı yaydığı məlumatlarda orta məktəbi qızıl medalla bitirmiş şagirdlərdən bəzilərinin test imtahanlarında tələb edilən balı toplaya bilmədikləri üzə çıxırdı.

Multimedia

XS
SM
MD
LG